Dünya pop səhnəsinin ulduzu Cennifer Lopezin şəxsi həyatı ilə bağlı müzakirələr arxa plana keçirib. Hazırda o, yeni ekran işində baş rol alıb.
Bizim.Media xəbər verir ki, “Netflix” platformasında yayımlanacağı gözlənilən “Ana” adlı filmin treyleri nümayiş olunub.
Sənətçi sözügedən ekran işində uzun illər əvvəl yeganə qızını tərk edən qadını canlandıracaq. O, filmdə indi yenidən onu tapmağa və uşağını incidənləri cəzalandırmağa çalışır. Qəhrəman Cennifer sadəcə həyatda büdrəmiş qadın deyil, əsl qatildir.
Lopezin filmoqrafiyasında belə əsər olmayıb.
O, adətən romantik komediyalarda və melodramlarda oynayır, burada isə triller var. Film üzərində iş hələ də davam edir və çox şey məlum deyil.
“Ana” filminin premyerasının 2023-cü ilin may ayında Netflix platformasında nümayişi nəzərdə tutulub.
Rəşad Əliyev, Bizim.Media