Müğənni Manaf Ağayev yeni görünüşü ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, sənətçi yeni görkəmdə fotosunu sosial şəbəkə hesabında paylaşıb.
Diqqət çəkən məqam isə uzun zamandır efirlərə çıxmayan Manafın arıqlaması olub.
M.Ağayevin yayımladığı şəkilə izləyicilər "Niyə belə arıqlamısınız?, Xəstələnmisiniz?, Çox çəki atmısınız" kimi şərhlər yazıblar. Müğənni isə yazılan rəylərə reaksiya verməyib.
Rəşad Əliyev, Bizim.Media