Məşhur “Tarzan” filminin aktrisası Sara Şeyn dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, aktrisa iyulun 31-də 94 yaşında Avstraliyada vəfat etsə də, onun ölümü indi ortaya cıxıb.
Saranın vəfatının səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, Sara Şeynin ilk debütu 1948-ci ildə “Pasxa paradı” ekran işi ilə olub.
Aktrisa “Tarzanın böyük macərası”, “Möhtəşəm vəsvəsə”, “Bütpərəstliyin nişanəsi” “Kral və dörd Kraliça” kimi filmlərdə rol alıb.
Saranın Ceymi adlı bir oğlu var.
Rəşad Əliyev, Bizim.Media