Bir neçə gün əvvəl motosiklet qəzası nəticəsində xəstəxanalıq olan milyonçu iş adamı, "TV 8"in sahibi Acun İlıcalı evə buraxılıb.
Bizim.Media xəbər verir ki, iş adamı əməliyyat olunaraq qoluna platin taxılıb.
İlıcalı qarşı tərəfdən gələn və onunla toqquşan avtomobil sürücüsündən şikayətçi olmadığını bildirilib.
Nəqliyyat vasitəsinin sürücüsü polis idarəsinə dəvət olunub. Onun ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Rəşad Əliyev, Bizim.Media