“Dostluğumda olan bəzi “dostlar”. Sizin statuslarınızı oxumaqdan bezdim. Özününzə, mənliyinizə bir az hörmət edin”.
Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Oksana Rəsulova sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
Aktrisa “Instagram”da izlədiyi şəxslərə sərt mesaj yollayıb.
“Hər kəs öz yerində, işində-gücünədir. Bir də ki, məndən ümidinizi kəsin. Bitdi, bitib, özü də çoxdan. O yazdığınız statusları isə öz beyninizə yeridin, məndən uzaq olun. Yetər artıq! Rahat buraxın məni, bezdim”.
Qeyd edək ki, O.Rəsulova bu ayın əvvəlində həyat yoldaşı Şəhriyar Əbilovla boşandığını açıqlayıb. Keçmiş cütlük ötən il verilişlərin birində evli olduqlarını bildirimişdilər.
Aşiqlərin dörd yaşlı Osman adlı oğlan övladı var.
Oksana Rəsulova illər əvvəl repçi Elşad Xose ilə də evli olmuşdu. Daha sonra cütlük qalmaqallı şəkildə boşanmışdılar.
Rəşad Əliyev, Bizim.Media