Dünyaca məşhur model Bella Hadid İranda əxlaq polisi tərəfindən döyülərək, xəstəxanada dünyasını dəyişən 22 yaşlı Məhsa Əmini ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, model Məhsanın fotosunu paylaşaraq, baş verən qandonduran hadisəni belə şərh edib.
“Məkanın cənnət olsun. Buna layiq deyildin... Ailəsinə və sevdiklərinə səbr diləyirəm”, - deyə B.Hadid bildirib.
Qeyd edək ki, Məhsa Əmini bir neçə gün öncə ölkənin “Əxlaq” polisi tərəfindən hicab bəhanəsi ilə vəhşicəsinə döyülərək qətlə yetirilib.
Bizim.Media