Əməkdar artist, aşıq Samirə Əliyeva Şuşada keçirilən Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalında iştirak edib.
Bizim.Media xəbər verir ki, sənətçi festivala təşrif buyuran Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşərək, onunla çəkilən xatirə fotosunu sosial şəbəkə hesabında paylaşıb.
S.Əliyeva həmçinin Azərbaycan Dövlət Filarmoniyasının direktoru, tanınmış pianoçu Murad Adıgözəlzadə və bir sıra incəsənət nümayəndələri ilə də şəkil çəkdirib. Aşığın paylaşımlarında həmçinin Şuşada Üzeyir Hacıbəylinin büstü önündə şəkilləri də yer alıb.
Rəşad Əliyev, Bizim.Media