Türkiyənin məşhur aktrisası Başak Özel dünyasını dəyişib.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı aktrisanın vəfat etməsi ilə bağlı məlumatı Başakın həmkarları sosial şəbəkə hesablarında yazıblar.
B.Özelin hansı səbəbdən dünyasını dəyişdiyi açıqlanmayıb.
Qeyd edək ki, Başak Özel “Melekler adası”, “İhlamurlar altında”, “Kurtlar vadisi” və digər seriallarda yadda qalan obrazlar canlandırıb.
Rəşad Əliyev, Bizim.Media