Türkiyənin məşhur ulduzu Sonər Sarıkabadayının Bakı konsertinin tarixi dəyişdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçinin konsertinin biletlərinin satışı ilə məşğul olan "iticket.az" platforması sosial şəbəkə hesablarında məlumat yayıb.
Bildirilib ki, sentyabrın 24-də baş tutacağı gözlənilən Sonərin konserti dekabırın 17-sinə keçirilib.
Qeyd edək ki, S.Sarıkabadayı ilə yanaşı bir sıra türk məşhurlarının konsertlərinin tarixinin dəyişdirilməsi sentyabrın 13-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatlar nəticəsində 81 hərbçimizin şəhid olması ilə əlaqələndirilib.
Rəşad Əliyev, Bizim.Media