Amerikalı pop ulduz Ledi Qaqanın fırtınalı hava şəraiti səbəbi ilə sonuncu konserti baş tutmayıb.
Bizim.Media xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Qaqa göz yaşları içində bildirib ki, şiddətli fırtına səbəbindən insanların təhlükəsizliyi üçün səhnəni tərk etmək məcburiyyətində qalıb.
Dünya ulduzu Mayamidəki konsertinin keçirilə bilməməsindən üzülsə də, insanların təhlükəsizliyinin daha vacib olduğunu dilə gətirib.
Rəşad Əliyev, Bizim.Media