Türkiyənin məşhur modeli Çağla Şikel Azərbaycanla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, model sosial şəbəkə hesabında Ermənistanın sərhəddə törətdiyi təxribatlar nəticəsində şəhid olan 71 hərbçimizlə bağlı ölkəmizə dəstəyini bildirib.
“Qəlbim sizinlədir, Azərbaycan xalqı. Başımız sağ olsun”, - deyə Ç.Şikel paylaşımına şərh yazıb.
Xatırladaq ki, sentyabrın 13-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Təxribatları zamanı 71 hərbçimiz şəhid olub.
Rəşad Əliyev, Bizim.Media