Rusiyada və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirov paylaşımı ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında dünyaca məşhur musiqi axını olan “Apple music”də rekord sayda - 550 milyon dəfə dinlənildiyini açıqlayıb.
Nəvai həmçinin duet ortağı “HammAli” ləqəbi ilə tanınan azərbaycanlı əsilli Aleksandr Əliyevlə birlikdə müxtəlif musiqi platformalarında bütün dünyada milyardlarla dəfə dinlədiyildiyini də yazıb.
“Musiqi yeganə qurtuluşdur, sərhədləri yoxdur. Sizə kömək edən ən yaxşı psixoloqdur. Çox şadam ki, Allah mənə belə bir nemət bəxş edib və bunu sizinlə bölüşürəm. Dəstək üçün təşəkkür edirəm. Dünyanın hər yerində milyardlarla insan mahnılarımızı dinləyir”, - deyə Nəvai fikirlərini ifadə edib.
Rəşad Əliyev, Bizim.Media