Türkiyənin məşhur sosial şəbəkə fenomeni KƏrimcan Durmaz Ermənistanın sərhəddə törətdiyi təxribatlar nəticəsində şəhid olan Azərbaycan əsgərləri ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, o, sosial şəbəkə hesabında Azərbaycanın üçrəngli bayrağını paylaşaraq şəhid olan əsgərlərin ailələrinə başsağlığı verib.
"Başın sağolsun Azərbaycan", - deyə K.Durmaz yazıb.
Kərimcan paylaşımına #prayforazerbaijan həştəqini də əlavə edib.
Qeyd edək ki, K.Durmaz illər əvvəl Bakıda yaşayıb və vizajist kimi çalışıb. Sosial şəbəkə fenomeni həmçinin tez-tez paytaxtımızda konsert proqramları ilə çıxış edir.
Rəşad Əliyev, Bizim.Media