Xəbər verdiyimiz kimi, Türkiyənin pop ulduzu Hadisənin dörd ay əvvəl ailə həyatı qurduğu milyonçu iş adamı Mehmet Dinçerlerlə boşandığı haqda “2-ci sayfa” maqazin verilişi məlumat yayıb.
Bizim.Media xəbər verir ki, Hadisə Mehmetlə boşandığını sosial şəbəkə hesabında təsdiqləyib.
“Anlaşaraq sonlandıra bilmədiyimizə görə, boşanmaq üçün məhkəməyə müraciət etdiyimi sizinlə bölüşürəm. Mehmetə həyatında xoşbəxtliklər diləyirəm. Bu müddətdə yanımda olan hər kəsə təşəkkür edirəm”- deyə Hadisə bildirib.
Rəşad Əliyev, Bizim.Media