“Hiss” ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Röya Məmmədova Ermənistanın sərhəddə törətdiyi təxribatlar nəticəsində şəhid olan Səbuhi Əhmədovla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında Səbuhi ilə uşaq evində çəkilən fotosunu yayımlayaraq, onunla birgə boya-başa çatdığını yazıb.
“Bəzi şeylər var ki, sözlə ifadə etmək olmur. Olsa belə, çox mənasız qalır. Nur içində yat, mənim balaca qardaşım” – deyə, “Hiss” bildirib.
Qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş Səbuhi Əhmədov SOS uşaq evində böyüyüb. O bu gün Bakıda II Fəxri xiyabanda torpağa tapşırılıb.
Rəşad Əliyev, Bizim.Media