Xarici mətbuatda II Elizabetin böyük nəvəsi Şahzadə Uilyama çatacaq miras haqda xəbərlər verilib.
Bizim.Media xəbər verir ki, kraliça Uilyam və onun həyat yoldaşı Ketrinə Böyük Britaniyanın 20 müxtəlif əyalətində və Dartmur Milli Parkında 128 min hektar ərazini vəsiyyət edib.
Ekspertlərin fikrincə, şahzadənin sərvəti 34 milyondan 1,1 milyard funt-sterlinqə yüksəlib.
Bu isə taxt-tac varisinin qismən vergi ödəyicilərinin pulları hesabına yaşamağa davam etməsinə mane olmur.
Vəsiyyətnamənin tam mətni yaxın günlərdə kraliçanın ailəsinə oxunacaq.
Rəşad Əliyev, Bizim.Media