“Qurd” ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Fərid Eminovun pianoçu həyat yoldaşı Leyla Namazzadə bir neçə ay əvvəl dünyaya gələn qızı ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, Leyla həyat yoldaşı Fəridin qucağında tutduğu qızı Suğranın fotosunu sosial şəbəkə hesabında paylaşıb.
Namazzadə yayımladığı fotoya "Ailəm. Sahib olduğumuz ən gözəl duyğusan, qızım Suğra" sözlərini qeyd edib.
Qeyd edək ki, L.Namazzadə məşhur şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır. Bu, Fəridin ikinci evliliyidir. Belə ki, repçi 6 ilə yaxındır ki, həyat yoldaşından ayrılıb. Sənətçinin bu nikahdan 10 və 5 yaşlı iki oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media