Rusiyanın məşhur azərbaycanlı video bloqeri Hüseyn Həsənov illər əvvəl ayağına döydürdüyü döyməsini silib.
Bizim.Media xəbər verir ki, o, bununla bağlı gözəllik salonların birində çəkilən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
Hüseyn yayımladığı görüntülərə, "Gənclik səhvlərini silirik. Döyməni silmək çox ağrılıdır. Buna görə də, gənclər əriniz və ya arvadınız olmayan bir insanla cüt döymə etməzdən əvvəl bir neçə dəfə düşünün" şərhini yazıb.
Rəşad Əliyev, Bizim.Media