Səhhəti pisləşən Xalq artisti ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, uzun müddətdir səhhətində problem olan Xalq artisti Ənvər Həsənovun vəziyyəti ötən gün yenidən pisləşib.

Bizim.Media xəbər verir ki, aktyorun qızı Aytən Həsənova onun xəstəxanaya getməkdən imtina etdiyini açıqlayıb.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında TƏBİB-dən bildirilib ki, Xalq artisti xəstəxanaya daxil olan zaman onda bir sıra yanaşı xəstəliklər müşahidə edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Xalq artisti evə buraxıldı - AİLƏSİNDƏN AÇIQLAMA


"Xalq artisti Ənvər Həsənov 27.08.2022-ci il tarixində saat 10:20 radələrində TƏBİB-in tabeliyindəki Xəzər Tibb Mərkəzinə bronxit pnevmoniya diaqnozu ilə daxil olub. Eyni zamanda, onun şəkərli diabet və hipertoniya kimi xəstəlikləri də olub.

Xəstə daxil olarkən onda ümumi zəiflik, halsızlıq, tək-tək öskürək, hərarətin yüksək olması və yuxusuzluq müşahidə olunub. Ənvər Həsənov 30.08.2022-ci il tarixində “Yeni klinika” tibb müəssisəsində döş qəfəsinin KT (kompüter tomoqrafiya) müayinəsindən keçib. Müayinə nəticəsində sağ ağciyər orta payda, sol ağciyər yuxarı və aşağı paylarda zəif intensivli “buzlu şüşə” mənzərələri aşkar olunub.

Bildirilib ki, COVID-19 testi pozitiv çıxan Ənvər Həsənovu müayinə üçün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan həkim-pulmonoloq dəvət edilib və müayinə nəticəsində sənətkarın vəziyyəti stabil müəyyənləşdirilib.

“Müalicəsinə davam edilən aktyor 03.09.2022-ci il tarixində ağciyər rentgenoqrafiyası müayinəsindən keçib və ağciyərində pozitiv dinamika müşahidə edilib. Həmin gün xəstə öz və ailə üzvlərinin istəyilə tibb müəssisəsini tərk edib.
Daha sonra yenidən Xəzər Tibb Mərkəzinə müraciət edən Ənvər Həsənov üçün Elmi-Tədqiqat Kardiologiya İnstitutuna göndəriş verilib və həmin müəssisədə EXO (exokardioqrafiya) müayinəsindən keçib. Bu gün isə pasiyentə baş-beyin nahiyələrinin yoxlanılması məqsədilə MRT (maqnit rezonans tomoqrafiya) müayinəsi təyin olunub",-deyə TƏBİB-dən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Keşlədən neçə nəfər təxliyə olunub? – FHN rəsmisindən açıqlama

Keşlədən neçə nəfər təxliyə olunub? – FHN rəsmisindən açıqlama

Paytaxtda torpaq sürüşməsi TƏHLÜKƏSİ – Bu yolda hərəkət məhdudlaşdırıldı

Paytaxtda torpaq sürüşməsi TƏHLÜKƏSİ – Bu yolda hərəkət məhdudlaşdırıldı

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların SON DURUMU

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların SON DURUMU

Gəncədə faciəli şəkildə ölən tələbə qızın FOTOSU

Gəncədə faciəli şəkildə ölən tələbə qızın FOTOSU

İranda ABŞ və İsrailə casusluq edən 42 nəfər həbs edildi

İranda ABŞ və İsrailə casusluq edən 42 nəfər həbs edildi

Qubada sürüşmə baş verən yol belə təmizlənir – VİDEO

Qubada sürüşmə baş verən yol belə təmizlənir – VİDEO

ABŞ-la İran arasında atəşkəs planı hazırlandı - DETALLAR

ABŞ-la İran arasında atəşkəs planı hazırlandı - DETALLAR

Mixeil Kavelaşvilidən İlham Əliyevin səfəri ilə bağlı PAYLAŞIM - FOTO

Mixeil Kavelaşvilidən İlham Əliyevin səfəri ilə bağlı PAYLAŞIM - FOTO

Məktəbli qız dəm qazından zəhərləndi

Məktəbli qız dəm qazından zəhərləndi

Tehranda Şərif Texnologiya Universitetinə zərbə endirildi - FOTO/VİDEO

Tehranda Şərif Texnologiya Universitetinə zərbə endirildi - FOTO/VİDEO

Bu şəxslərin maaşları ARTA BİLƏR

Bu şəxslərin maaşları ARTA BİLƏR

“Lənkəran” və “Şuşa” komandaları niyə meydana çıxmayıb? – Federasiyadan AÇIQLAMA

“Lənkəran” və “Şuşa” komandaları niyə meydana çıxmayıb? – Federasiyadan AÇIQLAMA

XİN-də diplomatik xidmətə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

XİN-də diplomatik xidmətə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

ABŞ və İsrailin İranda hücum etdiyi universitetlərin sayı açıqlanıb

ABŞ və İsrailin İranda hücum etdiyi universitetlərin sayı açıqlanıb

İlham Əliyevin Mixeil Kavelaşvili ilə təkbətək GÖRÜŞÜ - FOTO

İlham Əliyevin Mixeil Kavelaşvili ilə təkbətək GÖRÜŞÜ - FOTO

Dövlət Məşğulluq Agentliyində YENİ TƏYİNATLAR

Dövlət Məşğulluq Agentliyində YENİ TƏYİNATLAR

SON DƏQİQƏ! İranla sərhəddə əməliyyat – FOTO

SON DƏQİQƏ! İranla sərhəddə əməliyyat – FOTO

“Kontakt”da növbəti 100 000 manat uduldu

“Kontakt”da növbəti 100 000 manat uduldu

Körfəzdə müharibə, bazarda dalğalanma - Enerji təhlükəsizliyinin YENİ REALLIQLARI

Körfəzdə müharibə, bazarda dalğalanma - Enerji təhlükəsizliyinin YENİ REALLIQLARI

SEPAH-ın kəşfiyyat komandanı öldürüldü – RƏSMİ

SEPAH-ın kəşfiyyat komandanı öldürüldü – RƏSMİ

Kəmaləddin Heydərov Keşləyə getdi - VİDEO

Kəmaləddin Heydərov Keşləyə getdi - VİDEO

Bakıda avtobusların yolunu gözləyənlərin DİQQƏTİNƏ

Bakıda avtobusların yolunu gözləyənlərin DİQQƏTİNƏ

Ağsuda məktəbli qardaşlara xəsarət yetirildi – SAXLANILAN VAR

Ağsuda məktəbli qardaşlara xəsarət yetirildi – SAXLANILAN VAR

9-cu sinif şagirdlərinin nəzərinə - QEYDİYYAT BAŞLANIR

9-cu sinif şagirdlərinin nəzərinə - QEYDİYYAT BAŞLANIR

End of content

No more pages to load

RADİO