Gülşen Çolakoğlu ev dustaqlığından azad olunub.
Bizim.Media türk mediasına istinadən xəbər verir ki, pop ulduzun ev dustaqlığı ilə bağlı qərarına xitam verilib.
Qərar bu gün günorta saatlarından etibarən qüvvəyə minib.
Qeyd edək ki, G.Çolakoğlu konsertlərindən birində söylədiyi "İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir" sözlərinə görə həbs olunmuşdu.
Müğənninin bu ifadəsi həmin liseydə oxuyanları və məzunları, eləcə də dindarları qəzəbləndirmişdi.
Sənətçi ifadələrinə görə üzr istəsə də, məhkəmə onun üzrxaxlığını qəbul etməyərək, cəza evinə göndərmişdi. Sonra isə məhkəmə sənətçi barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarmışdı.
Rəşad Əliyev, Bizim.Media