Xalq artisti Miri Yusif ailəsi ilə birgə yeni fotosunu paylaşıb.
Bizim.Media xəbər verir ki, fotoda sənətçi, həyat yoldaşı Nərgiz, iki oğlu və qızı yer alıb.
Xalq artisti uşaqlarını yeni dərs ili münasibəti ilə təbrik edib.
“Valideynlər sevinir. Hamınızı təbrik edirik. Yolları açıq olsun”, – deyə M.Yusif paylaşımında qeyd edib.
Qeyd edək ki, Xalq artisti ailəsi ilə birgə pandemiya dövründə Türkiyənin İzmir şəhərinə köçüb.
Rəşad Əliyev, Bizim.Media