İzmirin düşmən işğalından azad edilməsinin 100-cü ildönümü meqastar Tarkanın konserti ilə coşğu ilə qeyd edilib.
Bizim.Media xəbər verir ki, sənətçi növbəti dəfə bir ilkə imza atıb.
Belə ki, buna "Gündoğdu" meydanında baş tutan konsertə qatılanların sayı səbəb olub.
Rəsmi açıqlama verilməsə də, müxtəlif platformalarda meydanın böyüklüyü və hər kvadratmetrə düşən adam sayı ilə bağlı aparılan hesablamaya görə, ərazinin 1,5-2 milyon nəfərlik kütləni qəbul edə biləcəyi bildirilib.
Tarkan "Wikipedia" da keçirilən açıq hava konsertləri siyahısında adam sayına görə ilk 5-likdə yer alıb.
Rəşad Əliyev, Bizim.Media