Müğənni və aktrisa Tuğba Altıntop bədbəxt hadisə ilə üzləşib.
Bizim.Media xəbər verir ki, o, ötən gecə dostları ilə getdiyi Şilədə itin hücumuna məruz qalıb.
1996-cı ildə Türkiyə gözəli seçilən Tuğba Altıntopun itin ona hücum etməsi nəticəsində üzü tanınmaz hala düşüb.
Üzü parçalanan və ciddi xəsarətlər alan Altıntopun sifətinə bir neçə tikiş vurulub.
Hadisədən ağır stress keçirən Tuğba Altıntopun vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
Rəşad Əliyev, Bizim.Media