Model sevgilisi Kamila Morron ilə ayrıldıqdan sonra 47 yaşlı dünya şöhrətli aktyor Leonardo Di Kaprionun adı 27 yaşlı Cici Hadidlə bərabər çəkilməyə başlayıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, ikilinin eşq yaşadığı iddia edilir.
Aktyorun keçmiş sevgilisindən ayrılmazdan əvvəl modeli gördüyü deyilir. O, israrla sarışın gözəli özünə cəlb etməyə çalışır.
Yeri gəlmişkən, Leonun sarışınlara üstünlük verməsi də çoxdan bəllidir. Bəlkə də burada yalnız Morron istisna idi.
Çox güman ki, aktyor Cicinin adi standartlarından (yalnız 25 yaşına qədər olan qızlarla münasibət qurur – red.) bir qədər yaşlı olduğunu bilmir. İki il əvvəl ana olan supermodel nişanlısı Zeyn Malikdən ayrıldıqdan sonra hazırda ciddi münasibət istəmir.
Leonun bütün cəhdlərinə baxmayaraq, Hadid zərrə qədər ona maraq göstərməyib.
Rəşad Əliyev, Bizim.Media