Əməkdar artist Abbas Bağırov Türkiyəyə istirahətə yollanıb.
Bizim.Media xəbər verir ki, dənizdə qayıq sürən sənətçi həmin anları sosial şəbəkə hesabında paylaşıb.
Abbas Bağırov yayımladığı görüntülərə yazdığı gülməli şərhi ilə diqqət çəkib:
"Avtomobildən bezdim. Fikirləşdim ki, böyük bir gəmi alım və onda gəzim. Böyük gəmiyə çox adam yerləşir, bu gün isə sadəcə tək gəldim. Necədir?".
Kadrlarda sənətçinin kifayyət qədər çəki aldığı da gözlərdən yayınmayıb.
Qeyd edək ki, Abbas Bağırovun adı ölkədə ən bahalı toya gedən sənətçilər sırasındadır. Müğənni şəxsi ansambıl ilə bütov toyu 15 min manata idarə edir.
Rəşad Əliyev, Bizim.Media