Türkiyəli tanınmış müğənnisi Edis və reper Gazapizmin birgə konsertindən öncə tamaşaçılar arasında dava düşüb.
Bizim.Media Türkiyə mətbuatında istinadən xəbər verir ki, Bursada konsertin keçirildiyi arenanın təhlükəsizlik xidməti hadisələrə müdaxilə etsə də, sonradan onlar da davanın iştirakçısına çeviriliblər.
Hadisə yerinə gələn polislər davanı sakitləşdirməyə nail olublar. Bir neçə nəfər saxlanılıb.
Bizim.Media