Xalq artisti Bilal Əliyev daha bir açıqlaması ilə gündəmə səs salıb.
Bizim.Media xəbər verir ki, sənətçi “TikTok” sosial şəbəkə platformasında açdığı canlı yayımda izləyiciləri ilə geyimlərindən söz açıb.
Bilal istər səhnə, istərsə də gündəlik geyimlərini xaricdən aldığını açıqlayıb.
“Bütün paltarlarımı Londondan alıram. Artıq ehtiyac var yaranıb. Mütləq şəkildə vaxt tapıb alış-veriş üçün Londona gedəcəyəm” – deyə B.Əliyev bildirib.
Rəşad Əliyev, Bizim.Media