Türkiyənin məşhur müğənnisi Tarkanın sentyabrın 9-da İzmirin Qurtuluşunun 100 illiyi münasibətilə Gündoğdu meydanında baş tutacaq konserti üçün hazırlanan səhnə çöküb.
Bizim.Media “Sözcü”yə istinadən xəbər verir ki, hadisə nəticəsində səhnədə çalışan işçilər panellərin arasında qalıb.
Meydana gələn xilasetmə xidməti yaralıların çıxarılması işlərinə başlayıb.
Məlumata görə, artıq bir neçə şəxs xəstəxanaya çatıdırılıb.
Bizim.Media