“Heç bir zaman sənətdə atamdan yardım istəmədim”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Çingiz Əhmədovun aktyor oğlu İbrahim Çingiz sosial şəbəkə hesabında yazıb.
Hava limanında atası ilə birgə çəkilən fotosuna rəy yazan aktyor fikirlərini belə davam edib:
“Yaşamaq çətin olanda pul istədim, amma sənətdə yardım almadım. Çünki özümü aldatmaq kimi fikrim olmayıb”.
Qeyd edək ki, İbrahim Çingiz Rus Dram Teatrının aktyorudur. O, həmkarı aktrisa Aydan Axundzadə ilə evlidir.
Rəşad Əliyev, Bizim.Media