Səxavət Nur: “Firəngiz Rəhimbəyova ad, şöhrət, var-dövlət axtarışında olmayıb” - VİDEO 

“Kaliforniya ştatının Los-Anceles şəhərinə gəldim. Azərbaycanlı müğənni ilə vida mərasimi keçirildi. O, torpağa tapşırıldı. Mən də bu mərasimdə iştirak etmək üçün Vaşinqtondan Kaliforniyaya gəldim. Onunla vidalaşdım”.

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ-a köçən məşhur televiziya aparıcısı Səxavət Nur videoaçıqlamasında deyib.  

O, ürəktutmadan vəfat edən 62 yaşlı azərbaycanlı müğənni-aktrisa Firəngiz Rəhimbəyova ilə “Valley Oaks Memorial Park” məzarlığında keçirilən vida mərasiminin görüntülərini sosial şəbəkə hesabında paylaşıb.
 

Səxavət sənətçi ilə bağlı paylaşdığı görüntülərdə xatirələrini dilə gətirib:

“Firəngiz xanımla yaxın dost idim. Uşaqlığımdan onu dinləmişəm və mahnıları ilə böyümüşəm. Sonra elə oldu ki, televiziya və radioda çalışdığım zamanda verilişimdə qonaq oldu. Onunla dostlaşdıq. 2010-cu ildə Nyu-Yorkda Novruz bayramını keçirmişdi. Məni də ora aparıcı kimi dəvət etdi.

Onunla səhnəni paylaşdım. Evində qonaq olmuşam, ailsə ilə yaxından tanışam. Firəngiz xanım şöhrət, var-dövlət axtarışında olmayan bir şəxsiyyət idi. 1993-cü ildə o ABŞ-a köçmüşdü. 1999-cu ildə ailə qurmuşdu. Raya adlı bir qızı, iki nəvəsi var.
Bu həyat hamıya qarşı eyni davranır. Bir gün doğulduğu kimi, bir gün də ölür. Qızı Raya söylədi ki, anamın həyatını hər zaman bayram edəcəyəm. Çox gözəl ifadədir. Biz ölənlərimizi ağlayaraq yola salırıq. Çünki çox üzülürük. Amma sadəcə cisim gedir.

Firəngiz xanım Azərbaycanı çox sevirdi. O, Bakıda doğulmuşdu. Getdiyi hər bir yerdə də Azərbaycan musiqisini təmsil edirdi. O heç zaman ad axtarışında olmayıb. Heç onu gözləmirdi də. Heç gözləmirdi ki, ona hansısa fəxri ad versinlər. Bu gün onunla vida mərasimində Azərbaycanın Los-Ancelesdəki konsulluğunun nümayəndələri də iştirak etdi.

Bu xanım çox rəngləri sevərdi. Onun geyimləri də, həyatı da rəngarəng idi. Çox pozitiv və şən idi. Çox təəssüf ki, 2020-ci ildə mən Loc-Ancelesdə olanda onunla görüşə bilmədim.

Koronavirus pandemiyasına görə, onunla özüm görüşmədim. Təyyarə ilə gəlmişdim. Onun həyat yoldaşı xəstə olduğu üçün istəmədim görüşmək.

Sonuncu dəfə isə onun doğum günündə avqustun beşində Firəngiz xanımı təbrik etmişdim.

Danışmışdıq ki, tezliklə görüşəcəyik. Həyatdır, qismət olmadı. Bir an bir saniyə həyat bitə bilər. Vida mərasimində çıxışım zamanı söylədim ki, Firəngiz xanım haqda keçmiş zamanda danışmayacağam. Çünki o hər zaman var. Onun səsi nə qədər var, o hər zaman yaşayacaq”.
Qeyd edək ki, “Bəxt üzüyü” filmində Sevda obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raya ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərinə köçüb. Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hamı bu VİDEODAN danışır

Hamı bu VİDEODAN danışır

Röya Aygünün mahnısını oxuyacaq

Röya Aygünün mahnısını oxuyacaq

Paşinyana hücum cəhdindən sonra daha bir nəfər TUTULDU

Paşinyana hücum cəhdindən sonra daha bir nəfər TUTULDU

Yer səthinin dərinliklərində 500 milyon il gizli qalan sirr ÜZƏ ÇIXDI

Yer səthinin dərinliklərində 500 milyon il gizli qalan sirr ÜZƏ ÇIXDI

Bu ərazidə 3 gündür istilik yoxdur

Bu ərazidə 3 gündür istilik yoxdur

Bakı–Sumqayıt yolunda avtomobil gölməçəyə düşdü

Bakı–Sumqayıt yolunda avtomobil gölməçəyə düşdü

Göyçay çayından sel keçir - FOTO

Göyçay çayından sel keçir - FOTO

Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

Ararat Mirzoyandan Zəngəzur dəhlizi ilə bağlı MÜƏMMALI AÇIQLAMA: “Hələlik arzudur”

Ararat Mirzoyandan Zəngəzur dəhlizi ilə bağlı MÜƏMMALI AÇIQLAMA: “Hələlik arzudur”

Çeçenistanda fövqəladə vəziyyət rejimi elan edildi

Çeçenistanda fövqəladə vəziyyət rejimi elan edildi

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Rusiya cəmiyyətində DÖZÜLMƏZ VƏZİYYƏT - Nasist meylləri artır

Rusiya cəmiyyətində DÖZÜLMƏZ VƏZİYYƏT - Nasist meylləri artır

3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı

3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı

İran İsraildə kimya zavodunu bombaladı - VİDEO

İran İsraildə kimya zavodunu bombaladı - VİDEO

Hakan Fidan pakistanlı həmkarı ilə nəyi MÜZAKİRƏ ETDİ?

Hakan Fidan pakistanlı həmkarı ilə nəyi MÜZAKİRƏ ETDİ?

Rusiya ordusu Xarkovda yaşayış məntəqəsini İŞĞAL ETDİ

Rusiya ordusu Xarkovda yaşayış məntəqəsini İŞĞAL ETDİ

“Döyüş zamanı qolumu sındırdım” - Tofiq Musayev

“Döyüş zamanı qolumu sındırdım” - Tofiq Musayev

Naməlum şəxs avtomobili piyadaların üzərinə sürdü - 7 ağır yaralı var

Naməlum şəxs avtomobili piyadaların üzərinə sürdü - 7 ağır yaralı var

Bu məşhur aparıcı Rasim Balayevin qohumu imiş - FOTO

Bu məşhur aparıcı Rasim Balayevin qohumu imiş - FOTO

Avstraliyada səma qırmızıya boyandı - VİDEO

Avstraliyada səma qırmızıya boyandı - VİDEO

Avropadan gələn TREND – Bu kompüterlərə maraq ARTIR

Avropadan gələn TREND – Bu kompüterlərə maraq ARTIR

Vüqarın studiyasını su basdı - VİDEO

Vüqarın studiyasını su basdı - VİDEO

Yurgen Klopp mövsümün sonunda "Real"a rəhbərlik edəcək

Yurgen Klopp mövsümün sonunda "Real"a rəhbərlik edəcək

Zabratda içməli su borusu partladı: Sakinlər çıxılmaz vəziyyətdə - VİDEO

Zabratda içməli su borusu partladı: Sakinlər çıxılmaz vəziyyətdə - VİDEO

End of content

No more pages to load

RADİO