3 ilə qədər həbs cəzası tələb edilən Türkiyənin pop ulduzu Gülşen Çolakoğlunun hakim qarşısına çıxacağı tarix bəlli olub.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, Gülşenin məhkəməsi oktyabrın 21-də keçiriləcək.
Hazırda isə Gülşenin ev dustaqlığı davam edir.
Qeyd edək ki, Gülşen Çolakoğlu 30 aprel 2022-ci ildə Ataşehirdə verdiyi konsertində İmam Hatip Liseyi şagirdlərinin ünvanına söylədiyi sözlərə görə, həbs edilib. O, sonra şərti azadlığa buraxılıb.
Rəşad Əliyev, Bizim.Media