Dünyaca məşhur stilist Anar Ağakişiyev türk sənət musiqisinin divası Bülent Ersoy ilə bir araya gəlib.
Bizim.Media xəbər verir ki, stilist İzmir şəhərinin “Enternasyonal Fuarı” açıq hava məkanında canlı konsert proqramı ilə çıxış edən Bülent Ersoyu bəzəyib.
Konsertdən əvvəl səhnənin kulisində Ağakişiyevlə bir araya gələn Ersoy onun əl işinə təriflər yağdırıb.
“Necə görünürəm? Mən çox bəyəndim. Çünki Anarımın əli dəydi həm saçlarıma, həm də üzümə. Saç düzümümü və vizajımı Anar hazırladı. Əl işinə görə sənə təşəkkürümü bildirirəm. Səni çox sevirəm. Çünki sən fədakar və vəfalısan”, - deyə Bülent Ersoy deyib.
Anar isə Bülentə bu xoş sözlərə görə təşəkkürünü bildirib.
Rəşad Əliyev, Bizim.Media