Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyev paylaşımı ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, o, atası Ədalət Hacıyevlə video çəkərək, bütün yayı dincəlmədən işlədiyini vurğulayıb.
"Bu yay məzuniyyət götürmədən calışanların şərəfinə içmək istəyirəm. Siz həqiqətən gözəl insanlarsınız. Ata, bunun sənə heç bir aidiyyatı yoxdur. Çünki sən bir ay dincəlmisən. Lakin bu mənə aiddir", - deyə Cahad paylaşımında bildirib.
Qeyd edək ki, Ədalət Hacıyev Rus Dram Teatrının direktoru, Əməkdar incəsənət xadimidir.
Rəşad Əliyev, Bizim.Media