Müğənni Azad Şabanov paylaşımı ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, sənətçi həyat yoldaşı Tamara ilə istirahət mərkəzlərin birində hovuz kənarında çəkdirdiyi selfisini sosial şəbəkə hesabında paylaşıb.
Şəkildə xanımı Azadın arxasında dayanaraq, üzünü gizlədib.
Xatırladaq ki, bir neçə gün əvvəl müğənni həyat yoldaşının doğum günün olduğunu açıqlamışdı.
Qeyd edək ki, A.Şabanov Tamilla ilə 2019-cu ildə ailə qurub. Cütlüyün 2022-ci ildə Pənah Əli, 2021-ci ildə isə Səid Əli adlı oğulları dünyaya gəlib.
Rəşad Əliyev, Bizim.Media