Müğənni Nadir Qafarzadənin başına iş gəlib.
Bizim.Media xəbər verir ki, evində işləyən usta ilə sözü çəp düşən sənətçi sosial şəbəkə hesabında qəzəb dolu videomüraciət paylaşıb.
“Sizə konkret qarğış formasını deyim. Heç kimi söyməyin, lazım deyil. Bir cümlə deyirsən: “Səni görüm işin ustaya düşsün”. Ev, avtomobil ustasına. Bir bunu de, bəs edir. Bu qarğış onunla ömürlük gedəcək. Ən böyük və bağışlanmaz qarğışdır. Adam bu ustalardan nələr çəkir”, - deyə Nadir fikirlərini ifadə edib.
Rəşad Əliyev, Bizim.Media