“Azərbaycanda ən çox toylara gedən bir mən, bir də mərhum sənətkarımız, Xalq artisti Səməd Səmədov olub. Biz 48 il ard-arda toylara getmişik”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib.
Verilişin aparıcısı Zaur Kamalın “Sizi şou proqramlara getməyə vadar edən nədir?” sualına sənətçi belə cavab verib.
“Pandemiya dövrünə düşdü. Yekəxana danışan adam deyiləm. Düzünü deyim. Şou-proqramlara dolanışıq üçün gedirik. Bir də bizi istəyirlər. İstəməsələr, gedib deyə bilmərəm məni çağırın”.
Rəşad Əliyev, Bizim.Media