Xəbər verdiyimiz kimi, Türkiyənin pop ulduzu Gülşen Çolakoğlunun ev dustaqlığından azad olunma tələbi rədd olunub.
Bizim.Media xəbər verir ki, sənətçiyə qarşı istintaq tamamlanıb.
Prokurorluq G.Çolakoğluna qarşı 3 ilə qədər həbs tələbi ilə 48 səhifəlik iddianamə hazırlayıb. Sənəddə 702 şəxs və qurum şikayətçi qismində iştirak edib.
Qeyd edək ki, Gülşen Çolakoğlu 30 aprel 2022-ci ildə Ataşehirdə verdiyi konsertində İmam Hatip Liseyi şagirdlərinin ünvanına söylədiyi sözlərə görə, həbs edilib. O, sonra şərti azadlığa buraxılıb.
Rəşad Əliyev, Bizim.Media