Mərhum müğənni Səyyad Əlizadənin oğlu Atabəy ali məktəbə qəbul olub.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçinin övladı sosial şəbəkə hesabında məlumat yayıb.
Atası ilə birgə çəkilmiş fotosunu paylaşan Atabəy bu sözləri yazıb:
“Atacan, həyatdakı ən əsas arzunu həyata keçirdim. Ruhun şaddır inşallah”.
Qeyd edək ki, ötən ilin sentyabr ayında koronavirusa yoluxan S.Əlizadə Mərkəzi Gömrük Hospitalında xəstəxanaya yerləşdirilmişdi. 63 yaşlı müğənni süni tənəffüs aparatına qoşulsa da, ağciyərinin 80 faizinin buzlaşması səbəbi ilə onun həyatını xilas etmək mümkün olmamışdı.
Rəşad Əliyev, Bizim.Media