Emin və “Jony”nin “Ay işığı gecəsi” - FOTO/VİDEO

Xalq artisti Emin Ağalarov “Jony” ləqəbi ilə Rusiya şou-biznesində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynli ilə duet oxuduğu “Лунная ночь” (Ay işığı gecəsi) nəğməsinə çəkilən klipini təqdim edib. 

Bizim.Media xəbər verir ki, ekran işi hər iki sənətçinin vətənində, Azərbaycanda lentə alınıb.

Klip qızmar yay ab-havası, Xəzər ləpəsinin sıçrayışları, səhərə qədər çimərlik rəqsləri və təbii ki, sevgi leytmotivi ilə zəngindir.  

Qəlbləri fəth edən romantik ballada Bakının məşhur “Sea Breeze” kurort kəndinin ərazisində çəkilib.  

Rəsmi premyera əvvəl hər iki sənətçi ötən gün bir sıra media nümayəndələri ilə görüşərək, ekran işi ilə bağlı fikirlərini bu cür dilə gətiriblər. 

“Çox sevindirici haldır ki, bu gün biz Bakıda, Xəzər sahilində çəkilmiş ikinci klipi təqdim edirik. Ümid edirik ki, bütün tamaşaçılar yayın son günündə əsl yay ab-havasına qərq olacaqlar və vətənimizə gəlmək istəyəcəklər” – deyə Emin bildirib.  

Hitləri ilə gənclərin zövgünü ovsunlayan “Jony” isə Eminin fikirlərini bu cür davam edib. 

“Eminin sözlərinə qoşuluram və ona doğma ölkəmizdə klip çəkmək ideyasına görə təşəkkür etmək istəyirəm. Burada olmaq və yeni birgə işimizi təqdim etmək mənim üçün böyük şərəfdir. Həmişə məni hərarətlə qarşılayan və hər şeydə dəstək olan Bakıdakı pərəstişkarlarıma da təşəkkür etmək istəyirəm”- deyə “Jony” söyləyib. 
Ekran işinin rejissorluğu Samir Tahirova həvalə edilib.

Qeyd edək ki, mahnının musiqi və söz müəllifləri duet ortaqlarının özlərinə məxsusdur. 

Rəşad Əliyev, Bizim.Media
 








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məşhur aktyor illər sonra AÇIQLADI: “Kurtlar vadisi”ndən buna görə ayrılıbmış...

Məşhur aktyor illər sonra AÇIQLADI: “Kurtlar vadisi”ndən buna görə ayrılıbmış...

Nabrana getmək istəyənlər bu yolla hərəkət edirlər – FOTO

Nabrana getmək istəyənlər bu yolla hərəkət edirlər – FOTO

Mədəniyyət Nazirliyində struktur DƏYİŞİKLİYİ

Mədəniyyət Nazirliyində struktur DƏYİŞİKLİYİ

Prezidentin Gürcüstan səfəri FOTOLARDA

Prezidentin Gürcüstan səfəri FOTOLARDA

Yamal özündən 17 yaş böyük qadınla EŞQ YAŞAYIR

Yamal özündən 17 yaş böyük qadınla EŞQ YAŞAYIR

"Toyda "staliçni" yeyən insanların qarşısında oxumaq İSTƏMİRƏM"

"Toyda "staliçni" yeyən insanların qarşısında oxumaq İSTƏMİRƏM"

İpoteka ilə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

İpoteka ilə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

204 nömrəli avtobus sərnişinləri çətin DURUMDA – Sürücülər niyə dayanacaqlarda SAXLAMIR?

204 nömrəli avtobus sərnişinləri çətin DURUMDA – Sürücülər niyə dayanacaqlarda SAXLAMIR?

Övladının dəfnində canlı yayım açan ata danışdı: “Bu qədər pul göndərdilər”

Övladının dəfnində canlı yayım açan ata danışdı: “Bu qədər pul göndərdilər”

8 noyabr prospektində yağışın yaratdığı fəsadlar aradan qaldırılır – FOTO

8 noyabr prospektində yağışın yaratdığı fəsadlar aradan qaldırılır – FOTO

Lukaşenko: “Heç bir ölkə İranı məğlub edə bilməz” – VİDEO

Lukaşenko: “Heç bir ölkə İranı məğlub edə bilməz” – VİDEO

Amnistiya aktı Azər Maqsudova da ŞAMİL OLUNDU

Amnistiya aktı Azər Maqsudova da ŞAMİL OLUNDU

Nəhəng ağac “BYD”nin üstünə aşdı – VİDEO

Nəhəng ağac “BYD”nin üstünə aşdı – VİDEO

İrandan Azərbaycana növbəti TƏŞƏKKÜR

İrandan Azərbaycana növbəti TƏŞƏKKÜR

Sumqayıt Tibb Mərkəzi zəhərlənən uşaqları tam sağalmamış evə niyə BURAXIB? – Rəsmi AÇIQLAMA

Sumqayıt Tibb Mərkəzi zəhərlənən uşaqları tam sağalmamış evə niyə BURAXIB? – Rəsmi AÇIQLAMA

Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində - FOTO

Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində - FOTO

Hindistanda qeyri-adi TAKTİKA – Sərhədi ilan və timsahlar qoruya bilər

Hindistanda qeyri-adi TAKTİKA – Sərhədi ilan və timsahlar qoruya bilər

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – VİDEO

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – VİDEO

Bakıda DƏHŞƏT: övladını məktəbə apardı, qayıdanda faciəvi şəkildə öldü – FOTOLAR

Bakıda DƏHŞƏT: övladını məktəbə apardı, qayıdanda faciəvi şəkildə öldü – FOTOLAR

İran İsrailin konteyner gəmisini vurub

İran İsrailin konteyner gəmisini vurub

Azərbaycanda dollar ucuzlaşdı

Azərbaycanda dollar ucuzlaşdı

Aqil Abbasdan Murad Arifə CAVAB: “Müğənnilərdən gözü açılsa, fikir verər” - ÖZƏL/VİDEO

Aqil Abbasdan Murad Arifə CAVAB: “Müğənnilərdən gözü açılsa, fikir verər” - ÖZƏL/VİDEO

Uşaqlar arasında suçiçəyi yayılıb? – RƏSMİ AÇIQLAMA

Uşaqlar arasında suçiçəyi yayılıb? – RƏSMİ AÇIQLAMA

Verilişi bağlanan aparıcılar indi bu işlərlə "başlarını qatırlar"

Verilişi bağlanan aparıcılar indi bu işlərlə "başlarını qatırlar"

End of content

No more pages to load

RADİO