Aparıcı Cavid Gül ilk dəfə ata olub.
Bizim.Media xəbər verir ki, onun qız övladı dünyaya gəlib.
Bu barədə rəqqasə-aktrisa Oksana Rəsulova sosial şəbəkədə məlumat verib.
O, Cavidlə həyat yoldaşı Nərgiz xanımın fotosunu paylaşaraq onları valideyn olmaları münasibəti ilə təbrik edib.
“30 avqust qonaqlarımızın biri də artdı. Gözəl bala Safiyə, xoş gəldin” – deyə O.Rəsulova yazıb.
Qeyd edək ki, Cavid Nərgiz cütlüyü ötən ilin iyulunda ailə qurub.
Rəşad Əliyev, Bizim.Media