Müğənni Şəbnəm Qəhrəmanova səhər saatlarında xəstəxanaya yerləşdirilib.
Sənətçinin anidən ürəyi tutub.
Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Şəbnəm Qəhrəmanova ilə əlaqə saxlayıb.
Sənətçinin prodüseri Paşa müğənninin xəstəxanadan çıxdığını bildirib.
“Şəbnəm uzun zamandır aritmiyadan əziyyət çəkir. Bununla bağlı müalicələr alır. Daha əvvələr də onun ürəktutmaları olub. Gözlənilmədən yıxıldı. Vəziyyəti yaxşı deyildi. Təcili yardım çağırdıq. Onlar ilkin tibbi yardım göstərsələr də Şəbnəmi təcili xəstəxanaya aparmalı olduqlarını söylədilər. Amma artıq o evdədir. Müalicəsini davam etdirir”.
Qeyd edək ki, ilk olaraq bu xəbəri “show_news” yayıb.
Rəşad Əliyev, Bizim.Media