Xəbər verdiyimiz kimi, dünyanın ən məşhur cütlüyü Cennifer Lopez və Ben Afflek Milanda istirahətə yollanıblar. Onlar modanın döyünən ürəyi olan şəhərdə tətillərinə əyləncə qatmaq üçün alış-verişə çıxıblar.
Bizim.Media xəbər verir ki, məşhur ər-arvad Milan küçələrində həvəskar kameralara yaxalanıblar.
Cenniferlə Ben söhbət edə-edə onları gözləyən lüks avtomobilə tərəf gediblər. Kadrlarda cütlüyü iki cangüdənin qoruduğu əks olunub.
Sonda onlar avtomobilə əyləşərək olduqları məkanı tərk ediblər.
Qeyd edək ki, Cennifer Lopez və Ben Afflek bu ilin iyulunda Las-Veqasda gizli toy etmişdilər. Sonra isə cütlük bu münasibətlə ötən şənbə aktyorun Corciya ştatının Risboro şəhərindəki malikanəsində şənlik təşkil etmişdilər.
Rəşad Əliyev, Bizim.Media