“Böyük haqsızlıq, bir sənətçiyə belə edilməz. Həm də belə bir sənətçiyə”.
Bizim.Media xəbər verir ki, bu sözləri məşhur stilist Anar Ağakişiyev sosial şəbəkə hesabında Türkiyənin pop ulduzu Gülşen Çolakoğlunun həbsi ilə bağlı paylaşdığı postunda yazıb.
Stilist müğənninin həbs olunması qərarının ağlasığmaz və ədələtsiz olduğunu yazıb.
“Uşaq təcavüzkarları və qadına şiddət göstərənlər, heyvan təcavüzçüləri - hamısı əlini, qolunu sallayıb ortada gəzir. Amma böyük sənətkar bir sözünə görə həbs edildi. Hansı zəmanədə yaşayırıq, başa düşə bilmirəm” – deyə, A.Ağakişiyev bildirib.
Qeyd edək ki, G.Çolakoğlu aprel konserti zamanı söylədiyi “İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir” sözlərinə görə həbs olunub.
Rəşad Əliyev, Bizim.Media
