Müğənni Dilarə Kazımova Türkiyədəki tətilindən yeni fotolarını üzə çıxarıb.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında İzmirin turistik bölgəsi Çeşmedə çəkdirdiyi şəkillərini yayımlayıb.
Dəniz sahilində sarı bikinidə cazibədar pozları ilə diqqətləri üzərinə cəmləyən Dilarə paylaşımına “Çeşmə və mən” qısa şərhini yazıb.
Qeyd edək ki, D.Kazımova 2014-cü ildə Azərbaycanı “Avroviziya” beynəlxalq mahnı yarışmasında “Start a Fire” mahnısı ilə təmsil edib.
Rəşad Əliyev, Bizim.Media