Türkiyənin məşhur aparıcısı və modeli Burcu Esmersoy yeni fotoları ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, Burcu yaxtada istirahət edərkən çəkdirdiyi şəkilləri sosial şəbəkə hesabında paylaşıb.
Fotolarda 45 yaşlı Esmersoy cəsarətli pozları və gözqamaşdıran ideal bədən quruluşu ilə diqqətləri üzərinə cəmləyib.
Model əyninə geyindiyi qara rəngli bikini də qadın izləyicilərin marağına səbəb olub. Türk “mass market” brendinə məxsus bikinin qiyməti isə 329, 90 lirədir (təxminən 31 manatdır).
Rəşad Əliyev, Bizim.Media






