“Göyçək” ləqəbi ilə şou-biznesdə məşhurlaşan rəqqasə Fatimə Fətəliyevanın başına iş gəlib.
Bizim.Media xəbər verir ki, Türkiyənin kurort şəhəri Antalyada oğlu Hüseynlə tətildə olan rəqqasənin vəziyyəti gözlənilmədən ağırlaşıb.
Fatimə qolunda sistem və yanında olan dərmanların fotosunu sosial şəbəkə hesabında paylaşıb.
F.Fətəliyeva paylaşımına “Gözünüzü çəkin” qısa şərhini yazıb. Qeyd edək ki, Fatimə Fətəliyeva bir neçə həftə əvvəl İstanbulda əməliyyat olunmuşdu.
Rəşad Əliyev, Bizim.Media