Müğənni Zenfira İbrahimova paylaşımı ilə dillərə düşüb.
Bizim.Media xəbər verir ki, ailəsi ilə birlikdə Bodrumda istirahətdə olan sənətçi Moskvaya uçarkən təyyarədə xoş sürprizlə qarşılaşıb.
Tez-tez uçduğunu bildirən sənətçi, təyyarə pilotları tərəfindən tanıdığını dilə gətirib.
“O qədər uçuram ki, artıq pilotlar məni tanıyır. Bunu (Şirniyyatı və içkini çəkərək, nümayiş edir – red.) təyyarənin komandiri Cavad bəy göndərib. Ona təşəkkürümü bildirirəm” – deyə Z.İbrahimova bildirib.
Qeyd edək ki, Zenfira İbrahimova fitnes məşqçi Anar Heydərovla evlidir. Cütlüyün bir oğlu və bir qız övladı var.
Rəşad Əliyev, Bizim.Media