Dünya şöhrətli aktyor Jan Klod Van Dammın oğlu Kristoferin pianoçu xanımı Suada Hacızadə atası ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, musiqiçi atası Elxan Hacızadənin doğum günü olduğunu yazaraq, onunla birgə çəkilən fotolarını sosial şəbəkə hesabında paylaşıb.
Suada təbrikinə “Ad günün mübarək ata. Səni çox sevirəm” şərhini yazıb.
Qeyd edək ki, Elxan Hacızadə Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnikdir. O, ötən il yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.
Rəşad Əliyev, Bizim.Media