Gündəmdən ilim-ilim itən, “Şip-şirin” ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Elçin Cəfərov uzun aradan sonra üzə çıxıb.
Bizim.Media xəbər verir ki, sənətçi həyat yoldaşı Aydanla çəkdirdiyi “selfi”ni sosial şəbəkə hesabında paylaşıb.
Elçin yayımladığı şəklinə yazdığı şərhi ilə diqqət çəkib.
“Qadınla kişi bir yerdə tamamdır. İki insan bir yola doğru gedəndə ailə tək və çox güclü olur. Çünki bunu Allah sevir və hər insandan gözləyir. Sadəcə, ortaq nöqtəni tapmaq gərəkdir. Ailə evlənən kimi olmur, Ailə olunur... Allah hər kəsi xoşbəxt eləsin” – deyə, E. Cəfərov bildirib.
Qeyd edək ki, Elçin Cəfərovun həyat yoldaşı Aydan Tənzilə Rüstəmxanlı və xalq şairi Sabir Rüstəmxanlının qızıdır. Cütlüyün Can adlı oğlu var.
Rəşad Əliyev, Bizim.Media