Şuşa döyüşçüləri Tünzalə Ağayevanın yeni klipinə çəkildi - FOTO-VİDEO

Xalq artisti Tünzalə Ağayeva Şuşa haqqında yeni əsər ərsəyə gətirib.

İfaçı “Bizim.Media”ya açıqlamasında bildirib ki, bu dəfə o, klassik ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri olan Rəsul Rza yaradıcılığına müraciət edib. Xalq artisti Rəsul Rzanın “Şuşam mənim” şeirinə mahnı bəstələyib və hazırda klip çəkilişlərini edir.
 

MÖVZU İLƏ BAĞLI:

Tünzalə Ağayeva: "Yeni nəsil bəstəkarlarda müasirlik yoxdur" - FOTO

Şuşada 30 ildən sonra ilk konsert təşkil edildi - ÖZƏL+VİDEO


“Mahnının aranjimanı Emin Kərimovdur. Hazırda mahnının klip çəkilişləri başlayıb. Şuşanın gözəlliyini, möhtəşəmliyini vəsf edən bu sənət əsərinin klipini biz Qarabağ, Şuşa uğrunda canlarından keçən şəhidlərimizə ithaf edirik. Klipin rejissoru Ülviyyə Könüldür".

"Ekran işinin ssenari müəllifi Rəsul Rzanın nəvəsi, görkəmli yazıçımız Anarın qızı publisist, ədəbiyyatçı Günel Anarqızıdır. İnşallah, bizim Şuşaya həsr etdiyimiz yeni işimizin uğurlu olacağına inanıram. İnanıram ki, Qarabağ fatehlərinin təbliğatında, şəhidlərimizin hər zaman yad edilməsində bizim işimiz kiçik də olsa öz töhvsini verəcək”.

Xalq artisti klipin film formatında lentə alındığını da vurğulayıb. Daha bir yenilik isə ekran əsərində peşəkar artistlərlə yanaşı, Vətən müharibəsində iştirak edən əsgərlərin iştirak etməsidir.

“Klipdə Şuşa uğrunda gedən savaş öz əksini tapacaq. Filmdə aktyorlarla yanaşı,Vətən müharibəsində iştirak edən bir neçə əsgərlərimiz də yer alıb. Buna görə, çox böyük qürur hissi duyuram. Onlara çox dərin minnətdarımı bildirirəm. Klipin ərsəyə gəlməsində zəhməti olan bütün texniki heyətə, prodüserim Yalçın Cabbarova, Ülviyyə Könülə, Günel Anarqızına və bizə dəstək olan  şirkət və qurumlara öz təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Tünzalə Ağayeva bundan əvvəl “Şuşa haqqında ballada” mahnısının bəstəkarı və ifaçısı olub. Şeir 1926-cı ildə dahi şairimiz Səməd Vurğun tərəfindən qələmə alınıb.  

Vüsalə Balayeva, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıya gəlmişdi, yeni fotosu yayıldı

Bakıya gəlmişdi, yeni fotosu yayıldı

Süni intellektə inanmaq onu uçuruma apardı - Fotolar

Süni intellektə inanmaq onu uçuruma apardı - Fotolar

Ən qeyri-adi bürclər: Onların öz dünyası və qaydaları var

Ən qeyri-adi bürclər: Onların öz dünyası və qaydaları var

Deputatlar ABŞ Konqresinə müraciət etdi

Deputatlar ABŞ Konqresinə müraciət etdi

Dünyanın ən yaraşıqlı kişiləri bu ölkələrdədir - Azərbaycanın yeri

Dünyanın ən yaraşıqlı kişiləri bu ölkələrdədir - Azərbaycanın yeri

ABŞ-da atışma: 5 nəfər öldü

ABŞ-da atışma: 5 nəfər öldü

Seçkidə qalib gələn merin adı müzakirə yaratdı

Seçkidə qalib gələn merin adı müzakirə yaratdı

Cüdoçumuz Camal Qamzatxanov dünya çempionatına qələbə ilə BAŞLADI

Cüdoçumuz Camal Qamzatxanov dünya çempionatına qələbə ilə BAŞLADI

Kredit götürmək istəyən pensiyaçılara ŞAD XƏBƏR

Kredit götürmək istəyən pensiyaçılara ŞAD XƏBƏR

Rusiya Zaporojye şəhərinə hücum etdi: 8 ölü, 16 yaralı var – FOTO/VİDEO

Rusiya Zaporojye şəhərinə hücum etdi: 8 ölü, 16 yaralı var – FOTO/VİDEO

Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı

Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı

Panamadakı güclü zəlzələ nəticəsində azı 27 nəfər xəsarət alıb – VİDEO

Panamadakı güclü zəlzələ nəticəsində azı 27 nəfər xəsarət alıb – VİDEO

Banklar bu şəxslərə kredit verməyəcək

Banklar bu şəxslərə kredit verməyəcək

İtkin kimi axtarılan 8 nəfər TAPILDI

İtkin kimi axtarılan 8 nəfər TAPILDI

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

DYP-dən yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT

DYP-dən yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT

Gürcüstanla bağlı Komissiyanın yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM

Gürcüstanla bağlı Komissiyanın yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM

Həkimlərin sığorta sistemindən narazılıqlarına RƏSMİ CAVAB

Həkimlərin sığorta sistemindən narazılıqlarına RƏSMİ CAVAB

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – ADLAR

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – ADLAR

Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda ov mövsümü BAŞLADI

Azərbaycanda ov mövsümü BAŞLADI

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Azərbaycan XİN Ficini təbrik etdi – FOTO

Azərbaycan XİN Ficini təbrik etdi – FOTO

Masazırda 4 avtomobil külə döndü – VİDEO

Masazırda 4 avtomobil külə döndü – VİDEO

End of content

No more pages to load

RADİO